YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər seçkiləri suverenliyimizin təsbitidir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Şabran rayonunda cəbrayıllı seçicilərlə görüş keçirilib.

Görüşlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Milli Məclisin deputatı Ceyhun Məmmədov və digərləri çıxış ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edilib. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazilərində prezident seçkiləri keçiriləcək. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkiləri kimi dəyərləndirilir. Seçkilərin ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti olduğu vurğulanıb.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.