YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafa və Qazaxda seçici fəallığı müşahidə olunur

Bu gün Azərbaycanda prezident seçkiləri seçicilərin yüksək fəallığı şəraitində başlayıb.

Bölgələrdə də səsvermə prosesinə aktiv şəkildə start verilib. 108 saylı Ağstafa seçki dairəsinin 48 seçki məntəqəsində səsvermə prosesi uğurla davam edir. Dairənin tərkibində olan 1 saylı seçki məntəqəsində 1356 seçici qeydə alınıb. Onlardan 11-i ilk dəfə səs vermə hüquq əldə edən seçicilərdir. Məntəqədə səsvermənin gedişini 15 müşahidəçi izləyir. Məntəqədə veb-kamera quraşdırılıb. 6 seçici isə məntəqəyə daşınan qutular vasitəsilə səs vermələri barədə müraciət edib. Məntəqə sədri Məhəmməd Musayev  bildirib ki, səsvermə prosesi uğurla davam edir. Daşınan qutular vasitəsilə müraciət edən seçicilərin səsverməsi təmin ediləcək. Hər hansı qanun pozuntusu qeydə alınmayıb.

Qeyd edək ki, 108 saylı Ağstafa seçki dairəsində ümumilikdə 47 min 550 seçici qeydə alınıb. Dairə üzrə 18 yaşı tamam olan seçicilərin sayı isə 59 nəfərdir. Dairə üzrə 8 məntəqəyə veb-kameralar quraşdırılıb. Dairədə 4 seçicini 100-dən yuxarı yaşı var.

O cümlədən, 109 saylı Qazax seçki dairəsinin 9 saylı seçki məntəqəsində səsvermə prosesi seçicilərin fəallığı ilə davam edir. Məntəqə sədri Nizami Hüseynovun verdiyi məlumata görə, məntəqədə 1187 seçici qeydə alınıb. Onlardan 20 nəfər ilk dəfə səs verəcək.

Ümumiyyətlə, 109 saylı Qazax seçki dairəsi üzrə 41 məntəqə var. Bu məntəqələrdə, ümumilikdə, 49414 seçici qeydə alınıb. Dairə üzrə 3642 nəfər ilk dəfə səs verəcək. 18 yaşı tamam olan seçicilərin sayı isə 87 nəfər təşkil edir. Dairə üzrə 10 məntəqəyə veb-kamera quraşdırılıb. 5 seçicinin yaşı 100-dən çoxdur.