YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev irsi və Prezident İlham Əliyevin uğurlu dövlətçilik fəaliyyəti”

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı tərəfindən Bərdə rayonunun Zümürxan kəndində fəaliyyət göstərən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan Kəlbəcər rayon 80 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev irsi və Prezident İlham Əliyevin uğurlu dövlətçilik fəaliyyəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi və milli ideologiyası əsasında yaranmış, bu gün isə Prezident İlham Əliyevin liderliyi ilə ölkənin aparıcı və qalib siyasi qüvvəsi kimi fəaliyyət göstərir. Qeyd olunub ki, “Konstitusiya və Suverenlik İli” Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, hüquqi dövlət prinsiplərinin və milli suverenliyin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Məktəbin direktoru və ərazi partiya təşkilatının sədri Qabil Həsənəliyev, məktəb müəllimləri Kamil İsayev, Oktay Salahov, Gülzandə Salahova və digərləri vurğulayıblar ki, Heydər Əliyev ideyaları YAP-ın ideoloji əsasını təşkil etməklə yanaşı, müasir Azərbaycan dövlətinin inkişaf strategiyasının təməlini formalaşdırır. Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların ölkəmizin siyasi sabitliyinin, sosial-iqtisadi inkişafının və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıblar.

Sonda rayonun ictimai-siyasi həyatında və partiya işində fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.