YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində növbəti görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Bakı Dövlət Universitetinin (BDU) birgə reallaşdırdığı “Heydər Əliyev mühazirələri” layihəsinin növbəti qonağı Milli Məclisin deputatı Samir Vəliyev olub.

Giriş nitqi ilə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Ulu Öndər Heydər Əliyevin adının Azərbaycan dövlətçiliyinin ideoloji və siyasi rəmzinə çevrildiyini vurğulayıb. O qeyd edib ki, nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, dərin strateji düşüncə tərzinə və yüksək vətənpərvərlik hissinə malik olan Ulu Öndər müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi və sosial-mədəni əsaslarını formalaşdıran, dövlətin dayanıqlı inkişafını təmin edən qüdrətli tarixi şəxsiyyətdir.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin zəngin fəaliyyəti əsl dövlətçilik məktəbi, gənclərimiz üçün nümunədir. Müstəqil Azərbaycan dövlətinin yaranması və inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri var. Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və müstəqilliyimizi əbədi, dönməz etmiş qüdrətli şəxsiyyətdir. Ulu Öndər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkib, respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə edib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra məruzə ilə çıxış edən Milli Məclisin deputatı Samir Vəliyev bildirib ki, hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Ulu Öndərin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. O qeyd edib ki, geniş bilik və dərin təfəkkür sahibi olan Ümummilli Lider Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib. Ulu Öndər müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib və məharətlə həyata keçirib.

Vurğulanıb ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı qürurludur. İşğal altında qalan torpaqlarımız Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində azad edilib.

Daha sonra gənclərin sualları cavablandırıb.