YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşı təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda gömrük orqanlarında səmərəli fəaliyyətinə görə komitənin iki əməkdaşı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, iki nəfər “Tərəqqi” medalı, 13 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Azərbaycan Prezidentinin digər Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin bir əməkdaşına “gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi, 3 nəfərə isə “gömrük xidməti general-mayoru” ali xüsusi rütbələri verilib.