Xəbərlər
Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyi əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:
Qədimov Çingiz Sahib oğlu
Məmmədov Elşad Pənah oğlu
Salmanov Azər Ağababa oğlu
Şərifov Rizvan Həmid oğlu
Şiriyeva Kəmalə Məzahir qızı.
