Xəbərlər
YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatında yığıncaq keçirilib
“Səhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Çaykənd kənd ərazi partiya təşkilatında "Antalya Diplomatiya Forumu (ADF-2026): inklüziv dialoq mühiti və bəşəriyyətin qlobal böhrandan xilası platforması" mövzusunda yığıncaq keçirilib.
Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi misilsiz inkişaf yolundan, tarixi zəfərlərdən bəhs edib, beynəlxalq nizamın ciddi sınaqlara məruz qaldığı bir dövrdə keçirilən Antalya Diplomatiya Forumunun ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Vüqar İsayev qeyd edib ki, müzakirə olunan mövzuların aktuallığı ilə seçilən, 150-dən çox ölkəni təmsil edən dövlət və hökumət başçıları, xarici işlər nazirləri və yüksəkrütbəli şəxslərdən ibarət minlərlə qonağın iştirak etdiyi bu Forum Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin güclənməsi və unikal əməkdaşlığın qlobal auditoriyaya çatdırılması üçün mühüm platforma funksiyası daşıyır.
Tədbirdə YAP fəalı Leyla Rzayeva "Antalya Diplomatiya Forumu (ADF-2026): inklüziv dialoq mühiti və bəşəriyyətin qlobal böhrandan xilası platforması" mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra ərazi partiya təşkilatının sədri Eşqin Ocaqverdiyev, partiya fəalı Müsahim Qurbanov və digərləri çıxışlarında Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dövlətimizin qüdrətinin artdığını vurğulayıblar. Onlar Antalya Diplomatiya Forumunun bəşəriyyətin üzləşdiyi çoxşaxəli böhranlardan çıxış yolu axtaran platforma olduğunu bildiriblər.
Sonra təşkilati məsələyə baxılıb və Ramin Hacıyev ərazi partiya təşkilatının sədr müavini seçilib.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olmuş üzvlərə partiya vəsiqələri təqdim olunub.
