YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Böyük Qayıdışı uğurla həyata keçirən Lider”

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Böyük Qayıdışı uğurla həyata keçirən Lider” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam etdirilir. O qeyd edib ki, “Böyük Qayıdış” Proqramı keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, ləyaqətli və dayanıqlı şəkildə qayıdışını təmin edən mühüm strateji layihədir.

G.Bayramov vurğulayıb ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələri, yeni salınan yaşayış məntəqələri, təhsil və səhiyyə müəssisələri dövlətin gücünü və vətəndaş rifahına verilən yüksək önəmi nümayiş etdirir.

Daha sonra tədbirdə Samux rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rasim İmamquliyev, eləcə də partiya fəalları Toğrul Coqiyev və Zahirə Hüseynova çıxış edərək “Böyük Qayıdış” siyasətinin əhəmiyyətindən danışıblar. Çıxışlarda qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı ölkədə həyata keçirilən güclü dövlət siyasətinin və xalq-iqtidar birliyinin bariz göstəricisidir.

DİGƏR Xəbərlər Arxiv