YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və müasir Azərbaycanın Memarlıq fəlsəfəsi”

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının Qaraçay qəsəbə ərazi partiya təşkilatında yerləşən Qaraçay qəsəbə tam orta məktəbində “Heydər Əliyev və müasir Azərbaycanın Memarlıq fəlsəfəsi” adlı “Xəmsə” intellektual bilik yarışı təşkil olunub.

Yarışda ərazi partiya təşkilatlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllimlərindən ibarət 10 komanda iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin açılış mərasimində YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək bildirib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən intellektual yarışlar iştirakçıların bilik və dünyagörüşünün artırılmasına, Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsinə və təbliğinə, həmçinin milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılmasına xidmət edir.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan bütün sahələrdə olduğu kimi şəhərsalma və memarlıq sahəsində də mühüm nailiyyətlər əldə edib. Fidan Hüseynova belə tədbirlərin gənclərdə dövlətçilik ənənələrinə bağlılığın möhkəmləndirilməsinə və vətənpərvərlik hisslərinin gücləndirilməsinə töhfə verdiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb.

Daha sonra Qaraçay qəsəbə tam orta məktəbinin direktoru Fəridə Dostuyeva, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayon üzrə Təhsil sektorunun aparıcı məsləhətçisi Nərmin Bilalova və Qaraçay qəsəbə ərazi partiya təşkilatının sədri Barzi Allahverdiyev çıxış edərək bildiriblər ki, bu cür intellektual yarışlar müəllim və gənclərin bilik və bacarıqlarının inkişafında, dövlətçilik ənənələrinin təbliğində və vətənpərvərlik ruhunun gücləndirilməsində mühüm rol oynayır.

Yarış gərgin və maraqlı mübarizə şəraitində keçib. Yekun nəticələrə əsasən Alekseyevka kənd ərazi partiya təşkilatının komandası birinci yerə layiq görülüb. Qaraçay qəsəbə ərazi partiya təşkilatı ikinci, Zərdabi qəsəbə ərazi partiya təşkilatı isə üçüncü yeri tutub.

Sonda qalib komandalar diplom və mükafatlarla təltif olunublar.

DİGƏR Xəbərlər Arxiv