Xəbərlər
Masallıda partiya fəalları ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Boradigah ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi və inkişafı istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. O bildirib ki, Ulu Öndərin uzaqgörən daxili və xarici siyasəti Azərbaycanın milli dövlətçilik strategiyasının əsasını təşkil edir və ölkənin davamlı inkişafının möhkəm təməlini yaradıb.
S.Əliyev qeyd edib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kurs bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrilib, beynəlxalq nüfuzunu daha da artırıb, iqtisadi gücünü möhkəmləndirib və müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirib.
Sonra çıxış edən Boradigah ərazi partiya təşkilatının sədri Racim Əsgərov, partiya fəalları Tünzalə Qardaşova, Nərgiz Məmmədova, Mirvəli Fətullayev və digərləri ölkəmizin siyasi sabitliyinin, sosial-iqtisadi inkişafının, beynəlxalq nüfuzunun artmasının və əldə olunan tarixi uğurların Heydər Əliyev siyasi kursunun uğurlu davamının məntiqi nəticəsi olduğunu vurğulayıblar.
