YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi ehtiramla anılır

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı və Azərbaycan Şəhid Ailələri və Qaziləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Cəbrayıl Qasımov, Kənan Şahbazov və Sübhan Həsənovun doğum günləri münasibətilə anım tədbiri keçirilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Vətən uğrunda canını fəda etmiş qəhrəmanların xatirəsini yaşatmaq hər bir azərbaycanlının müqəddəs borcudur. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər şəhidlərimizin qəhrəmanlığı və xalqımızın birliyi sayəsində mümkün olub. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri və qazilərin sosial müdafiəsi daim dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Tədbirdə Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, jurnalist Mərhəmət Lələyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov, Azərbaycan Şəhid Ailələri və Qaziləri İctimai Birliyinin sədri, şəhid anası Xatirə Cəfərova, şəhid ailələri, qazilər, media nümayəndələri və rayon ictimaiyyətinin təmsilçiləri çıxış edərək şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, onların Vətən qarşısındakı misilsiz xidmətlərindən və qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışıblar.

Sonra şəhid valideynlərinə fəxri diplom və hədiyyələr təqdim olunub. 

DİGƏR Xəbərlər Arxiv