Xəbərlər
“Ordumuzla qürur duyuruq”

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə “Ordumuzla qürur duyuruq” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdığını bildirib. O, rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, haqq-ədalətin yerini tapdığını vurğulayıb.
Azərbaycan Milli Qəhrəmanı Eltun İsgəndərovun atası Xaləddin İsgəndərov, şəhid leytenant Elvin Məmmədzadənin atası İlham Məmmədov, Sərkar ərazi partiya təşkilatının sədri Şəmistan Yusibov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Samux rayonu üzrə sədri Mirzəmməd Orucov, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Aydın Şıxəliyev çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında olduğunu deyib, əsgər və zabitlərimizin nümayiş etdirdikləri igidlik və şücaət ilə qəhrəmanlıq dastanı yazdıqlarını söyləyiblər.
Sonda şəhid ataları Xaləddin İsgəndərov, İlham Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı Əli Hüseynova fəxri fərman təqdim olunub.