YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 56 illiyi ilə bağlı tədbir keçirib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu il 14 iyul tarixinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir.

F.Vəliyev Heydər Əliyevin siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yanaşdığını, hər zaman milli dəyərlərə bağlı olduğunu deyib, Ulu Öndərin milli ruhun dirçəldilməsində, dövlətçilik ənənələrinin qorunub saxlanılmasındakı xüsusi xidmətlərindən söz açıb.

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Şəmkir rayonu üzrə nümayəndəsi Sənan Məmmədli, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Arzu Həsənova, rayon 7 illik Uşaq Musiqi Məktəbinin əməkdaşı Günel Ələkbərova, Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin əməkdaşı Günay Nəbiyeva və digərləri Ümummilli Liderin fəaliyyəti nəticəsində ölkədə geniş vüsət alan hərtərəfli inkişafdan danışıblar.