YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Ulu Öndərin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının, Göygöl Rayon İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rayon mədəniyyət müəssisəsinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna  xidmətlərindən  bəhs edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi tarix ölkəmizin xilasının birinci mərhələsi, xalqın özünəqayıdış tarixidir.

“Texniki və təbiət fənləri təmayüllü lisey” ərazi partiya təşkilatının sədri Zəhra Zeynalova, Əmək veteranı  Azadxan Haqverdiyev, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin rayon filialının sədri Araz Abbasov, qazi Nazim Cahangirov, təhsil sektorunun əməkdaşı Afət Ələkbərova, mədəniyyət sektorunun əməkdaşı Xatirə Həsənova və digərləri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün birinci mərhələsinin yaddaşlarda həm də ölkənin iqtisadi yüksəliş dövrü kimi qaldığını deyiblər.

Sonra Ulu Öndər Heydər Əliyevin  həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Tədbirin sonunda rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənənlərə və yubileyi münasibətilə partiya veteranı Nüsrət Alı oğlu Nəsibova fəxri fərman təqdim edilib.