YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Dövlətçilik tariximizdə yeni mərhələ”

“Konstitusiya və Suverenlik ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişinin 56 illiyi ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dövlətçilik tariximizdə yeni mərhələ” adlı tədbir keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova və digərləri çıxış edərək 1969-cu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gələrək ölkəni ağır vəziyyətdən, böhrandan çıxarmasından danışıblar. Qeyd olunub ki, Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyuldu, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxdı.

Natiqlər söyləyiblər ki, bütün mənalı həyatını öz xalqına bəxş etmiş Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxıb.

Bu gün Azərbaycan Ümummilli Lider Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.