YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüşüb

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Aşağı Tala kəndində seçicilərlə görüş keçirib.

Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Daha sonra Asif Əsgərov şəhid Vahid Maarif oğlu Ərəblinskinin ailəsini ziyarət edib. Millət vəkili bu kateqoriyadan olan şəxslərə dövlətimizin hər zaman diqqət və qayğı göstərdiyini qeyd edib.

Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

DİGƏR Xəbərlər Arxiv