YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zəfər tariximizin müəllimləri”

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin büstü önündə rayonun qazi müəllimləri ilə birgə “Zəfər tariximizin müəllimləri” adlı tədbir keçirib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya müəllimləri Beynəlxalq Müəllim Günü münasibətilə təbrik edib. O, çıxışında bildirib ki, ölkədə müəllim əməyinə hər zaman yüksək dəyər verilir: “Ulu Öndər Heydər Əliyev “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”, – deyərək bu peşənin sahiblərinə olan dərin hörmətini ifadə edib. Misilsiz uğurların, Zəfərlərin və nailiyyətlərin təməlində məhz Ulu Öndərin dövlət müstəqilliyimizin yol xəritəsinə çevrilmiş parlaq ideyaları dayanır. Bu ideyaların uğurla davam etdirilməsində pedaqoqlar böyük rola malikdir”.

Faqət Şadlinskaya vurğulayıb ki, müəllimlərimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin əldə olunmasında fəal iştirak ediblər: “44 günlük müharibədə 20 məktəb direktoru, 32 direktor müavini və 671 müəllim silaha sarılıb. Onlardan 20 nəfəri şəhidlik zirvəsinə ucalıb. Xalqımız bu qəhrəmanların xatirəsini daim əziz tutur”.

Tədbirdə çıxış edən YAP fəalları – şəhid anası Arzu Hüseynzadə, rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev və təhsil sahəsində uzun illər fəaliyyət göstərmiş İsmayıl Adıgözəlov müəllimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Qazi müəllimlər Ümman Baxşəliyev və şəhid Elşən Mehbalıyevin qardaşı Elnur Mehbalıyev göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirərək, hər zaman Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalacaqlarını vurğulayıblar.

Tədbirin sonunda YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya qazi müəllimləri, eləcə də partiyanın veteran üzvü, rayonun ictimai-siyasi həyatında uzun illər fəal iştirak etmiş İsmayıl Adıgözəlovu hədiyyələr və anadan olmasının 75 illiyi münasibətilə Fəxri Fərmanla təltif edib.

DİGƏR Xəbərlər Arxiv