YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova Füzuli rayonunun Böyük Bəhmənli kəndində seçiciləri ilə görüşüb

Yeni Azərbaycan Partiyasının  deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova Füzuli rayonunun Böyük Bəhmənli kəndində seçiciləri ilə görüşüb. Tədbiri giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova Bahar Muradovanın geniş həyat və fəaliyyəti haqqında məlumat verib.

Çıxış edən kənd sakinləri Bahar Muradovanın hər zaman öz seçicilərini diqqət mərkəzində saxladığını, onları ləyaqətlə təmsil etdiyini və xalqın mənafeyini hər zaman öndə tutduğunu bildiriblər.

YAP-ın deputatlığa namizədi Bahar Muradova seçicilərinə təşəkkürünü bildirib.

Bahar Muradova, hər kəsi həmrəy olmağa, birlikdə olmağa və 1 noyabrda parlament seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırıb.