YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu Öndər Heydər Əliyevin irsi və gənclik”

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Ulu Öndər Heydər Əliyevin irsi və gənclik” mövzusunda gənclərlə görüş keçirilib.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin deputatı Samir Vəliyev, ictimai fəallar və gənclər iştirak ediblər.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli ideologiyanın formalaşdırılması və xüsusilə gənclər siyasətinin əsasının qoyulması sahəsində müstəsna xidmətlərini vurğulayıblar. Bildirilib ki, Heydər Əliyev gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb, onların keyfiyyətli təhsil alması, vətənpərvər ruhda yetişməsi və dövlət idarəçiliyində fəal iştirakı üçün geniş imkanlar yaradıb. Bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.

Natiqlər çıxışlarında müasir Azərbaycan gəncliyinin Ulu Öndərin ideyalarına sadiq qalaraq ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyini, dövlətçilik ənənələrinin qorunması və inkişafında mühüm rol oynadığını diqqətə çatdırıblar.

Tədbir çərçivəsində gənclərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. İştirakçılar bu cür görüşlərin gənclərin maarifləndirilməsi və ictimai fəallığının artırılması baxımından əhəmiyyətini xüsusi vurğulayıblar.

Sonda YAP Nərimanov rayon təşkilatının ictimai-siyasi həyatında fəallığı ilə seçilən gənclər, eləcə də təşkilat tərəfindən keçirilən şeir müsabiqəsinin iştirakçıları təltif olunub.