Xəbərlər
“Heydər Əliyev: dünən, bu gün, sabah”
Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatı və İmişli Regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev: dünən, bu gün, sabah” adlı tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin İmişli Regional “ASAN xidmət” mərkəzində ucaldılmış büstü önünə tər gül dəstələri düzülərək, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiram ifadə olunub.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Ümummilli Liderin zəngin və mənalı həyat yolu, dövlətçilik fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Heydər Əliyevin ideyaları, dövlətçilik fəlsəfəsi və xalqına olan sonsuz məhəbbəti zamanla məhdudlaşmır, o, yalnız dünənin deyil, bu günün və sabahın da yol göstəricisidir. Bildirilib ki, Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edərək müstəqil dövlətçiliyimizin möhkəm təməlini qoymuş, milli birliyi və gələcəyə inamı formalaşdırmışdır. Onun siyasi irsi bu gün də ölkəmizin inkişaf strategiyasının əsas dayağı kimi çıxış edir.
Çıxış edən İmişli Regional “ASAN xidmət” mərkəzinin direktor müavini Seymur Abbasov isə “ASAN xidmət”in vətəndaş məmnunluğuna əsaslanan fəaliyyət modeli və bu modelin beynəlxalq səviyyədə tətbiqi barədə məlumat verib. Vurğulanıb ki, “ASAN xidmət” Azərbaycanın uğurlu dövlət idarəetmə nümunələrindən biri kimi dünya miqyasında böyük maraq doğurur.
Digər çıxış edənlər “ASAN xidmət” çərçivəsində həyata keçirilən layihələr, könüllülük fəaliyyəti və gənclərin ictimai həyatda rolu barədə fikirlər səsləndiriblər.
Sonda İmişli rayonunun ictimai-siyasi həyatında, eləcə də YAP-ın fəaliyyətində fəal iştirak edən bir qrup gənc fəxri fərmanla təltif olunub.
