YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə partiya veteranları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının inzibati binasaında partiya veteranları ilə görüş keçirib.

Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya partiya veteranlarını 70 və 75 illiyi münasibətilə təbrik edib.

Şəhər poliklinikasının baş həkimi işləmiş Mehdi Mehdizadə, şəhər 2 saylı tam orta məktəbin direktoru olaraq fəaliyyət göstərmiş Pakizə Muxdarova, 1993-cü ildən YAP üzvü olan Eldar Əmrahov bu partiyanın üzvü olmaqdan qürur duyduqlarını bildiriblər. Onlar ötən müddət ərzində bəzi xatirələrini bölüşüb, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı şanlı qələbələri önə çəkərək Zəfər tariximizlə fəxr etdiklərini bildiriblər.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya partiya veteranlarını fəxri fərmanla təltif edib və onları hədiyyələrlə mükafatlandırıb.

Sonda veteranlarla xatirə şəkli çəkdirilib.