Xəbərlər
Xəzər rayonunda Gənclər və İdman Nazirliyinin yaradılmasının 32 illiyi qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının, Xəzər Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə Gənclər və İdman sektorunun və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Gündüz Vəliyev çıxış ediblər.
Çıxışlarda Gənclər və İdman Nazirliyinin ölkədə dövlət gənclər siyasətinin həyata keçirilməsində, idmanın inkişafında, sağlam həyat tərzinin təbliğində və gənclərin hərtərəfli inkişafının təmin edilməsində mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, dövlət tərəfindən gənclərə və idman sahəsinə göstərilən davamlı diqqət və qayğı nəticəsində bu istiqamətlərdə mühüm nailiyyətlər əldə olunub.
Daha sonra Elm və Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin sertifikatlaşdırılması imtahanında 51 və daha yüksək bal toplayaraq uğurlu nəticə göstərən Xəzər rayonunun fiziki tərbiyə müəllimləri təltif olunublar.
Tədbir çərçivəsində Xəzər Gənclər Evinin psixoloqu tərəfindən müəllimlərə “Yeşilay Asılılıqlarla Mübarizə TDB-nin Tətbiqedici Təlim Proqramı” barədə məlumat verilib. Təqdimat zamanı proqramın məqsədi, asılılıqların qarşısının alınması, sağlam həyat tərzinin təşviqi və təhsil müəssisələrində maarifləndirmə işlərinin əhəmiyyəti diqqətə çatdırılıb.
