YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Şəmkirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə tədbirlər davam edir.

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı və Şəmkir Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Təhsil Sektorunun müdiri Elşən Ələsgərov, rayon təşkilatının əməkdaşları və partiya fəalları iştirak ediblər.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini və 10 may 2025-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünün qeyd olunacağını diqqətə çatdırıb. Rayon təşkilatının sədri keçirilən bu silsilə tədbirlərin mahiyyətindən, xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasından, bütün ölkə ərazisində konstitusiya quruluşumuzun bərqərar edilməsindən danışıb.

Şəmkir Təhsil Sektorunun müdiri Elşən Ələsgərov, Şəmkir şəhər Fərman Salmanov adına tam orta məktəbin tarix müəllimi Nəriman Əhmədov və digər partiya fəalları çıxış edərək bildiriblər ki, xalqımız Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin 5 illiyi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü təntənə ilə qeyd edəcəkdir. Natiqlər Ulu Öndər  Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, onun misilsiz xidmətlərindən,  qazanılan uğurlardan və qarşıda duran mühüm vəzifələrdən ətraflı danışıblar. Onlar Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün uğurla davam etdirildiyini və müstəqil, suveren Azərbaycanın beynəlxalq aləmdə söz sahibi olduğunu və hazırda ölkəmizin yeni bir inkişaf dövrünü yaşadığını xüsusi vurğulayıblar.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir neçə partiya fəalına  fəxri fərmanlar təqdim olunub.