YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qərbi Azərbaycan: deportasiya və tarixi ədalət”

Nəsimi rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının, Qərbi Azərbaycan İcmasının, Nəsimi rayon İcra Hakimiyyətinin və Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycan: deportasiya və tarixi ədalət" adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Qərbi Azərbaycanın milli-mənəvi dəyərlərini özündə əks etdirən sərgi ilə tanış olub.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinski, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı və YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlunun çıxışlarında qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarı, onun ideya əsaslarını və institusional təməlini yaradan, dövlətçiliyimizi zamanın çətin sınaqlarından çıxarıb gələcəyə daşıyan nadir tarixi şəxsiyyət kimi xalqımızın yaddaşına əbədi həkk olunub. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib. Uğurlarımızın zirvəsində isə Qarabağ Zəfəri dayanır. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli siyasəti nəticəsində hər gün Qərbi Azərbaycana addım-addım yaxınlaşırıq. Növbəti hədəf Qərbi Azərbaycana qayıdışdır. Bu gün Qərbi Azərbaycana qayıdış tarixi zərurətə çevrilib və bu istiqamətdə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev təərfindən müdrik, uzaqgörən və qətiyyətli siyasət həyata keçirilir.

Tədbir əslən Qərbi Azərbaycandan olan aşıqların və rəqs kollektivinin bir-birindən maraqlı təqdimatları ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv