YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş minifutbol turniri keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının, Xətai Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş rayon məktəbləri arasında minifutbol turnirinin final oyunları keçirilib.

YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, şəhid atası, Xətai Rayon Ağsaqallar Şurasının sədri Mürvət Əsgərov, Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova, Əməkdar məşqçi, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim  Hicran Şərifov, Bakı Şəhər Gənclər və İdman İdarəsi Xətai rayonu üzrə gənclər və idman sektorunun müdiri Tural Əhmədli Ulu Öndər Heydər Əliyevin idmana diqqət və qayğısından danışıblar. Bildirilib ki, Ümummilli Liderin rəhbərliyi dövründə Azərbaycanda idmanın inkişafı üçün mühüm addımlar atılıb, gənclərin sağlam ruhda böyüməsi daim diqqət mərkəzində olub. Bu siyasət Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün də uğurla davam edir.

Heydər Əliyev adına liseyin stadionunda baş tutan final qarşılaşmasında 269 saylı tam orta məktəbin komandası birinci, 245 saylı tam orta məktəbin komandası ikinci, 27 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.

Qalib komandalar müvafiq medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər. Komandaların məşqçiləri və hakimlər heyətinə mükafatlar təqdim olunub.