Xəbərlər
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib

Mayın 5-də Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı üzrə Qazax Dövlət Sosial İqtisadi Kolleci və Daş Salahlı 2 saylı tam orta məktəbin ərazi partiya təşkilatlarında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.
İlk öncə tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş etdirilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev tədbirləri giriş sözü ilə açaraq Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini və 10 may tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünün qeyd olunacağını diqqətə çatdırıb. O, çıxışında Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb.
Tədbirlərdə ərazi partiya təşkilatının sədrləri Vüqar Əyyubov və Rəna Bayramova, sədr müavini Elvira Əfəndiyeva, partiya fəallarından Mətanət Kazımova, Turxan Əliyev, Akif İbrahimov, Maya Pirməmmədova, Könül Qasımova çıxışlarında Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan ətraflı danışıblar. Onlar müstəqil, suveren Azərbaycanın beynəlxalq aləmdə söz, nüfuz sahibi olduğunu, ölkəmizin yeni inkişaf dövrünə qədəm qoyduğunu vurğulayıblar.
Tədbirdə tələbə və şagirdlər Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib, ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən partiya üzvləri YAP Qazax rayon təşkilatının Fəxri Fərmanı təqdim olunub. Həmçinin, YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri verilib.
Həmçinin, mayın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirib.
Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidənin önünə gül dəstələri qoyaraq dərin hörmət və ehtiramlarını bildiriblər.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, “Arkoz Qazax Sement Zavodu“ MMC-nin direktor müavini Hikmət Əliyev, “Arkoz Qazax Sement Zavodu“ MMC ərazi partiya təşkilatının sədri Nizami Zeynalov, sədr müavini Elvin Əmiraslanov, partiya fəalı İlham Alıyev çıxış edərək müstəqil Azərbaycanın qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən ətraflı danışıblar. Natiqlər Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini və 10 may 2025-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünün böyük təntənə ilə qeyd olunacağını diqqətə çatdırıblar. Onlar “Konstitusiya və Suverenlik İli”nin də xalqımız üçün çox uğurlu, yadda qalan, əlamətdar bir il olacağına əminliklərini bildiriblər.
Tədbirdə Daş Salahlı 1 saylı tam orta məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən partiya üzvlərinə YAP Qazax rayon təşkilatının fəxri fərmanları təqdim olunub.