Xəbərlər
Goranboyda ali məktəblərə yüksək nəticələrlə qəbul olunan gənclərlə görüş keçirilib

Goranboyda ali məktəblərə yüksək nəticələrlə qəbul olunan gənclərlə görüş keçirilib.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, məzunlar, müəllimlər və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan millət vəkili Anar Məmmədov tələbə adını qazanmış gəncləri təbrik edərək, onlara tələbəlik illərində uğurlar arzulayıb.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində müəyyənləşdirdiyi strategiyanın və Prezident İlham Əliyevin təhsil islahatları konsepsiyasının ardıcıl şəkildə həyata keçirilməsi nəticəsində bu sahədə davamlı inkişaf təmin olunub.
Görüşdə 500–700 bal aralığında yüksək nəticə göstərmiş ümumilikdə 79, o cümlədən 600-dən yuxarı bal toplamış 22 məzuna fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.