YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranda Müstəqillik Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108 illiyinə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, dönməzdir...” adlı tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə YAP Lənkəran rayon təşkilatının rəhbərliyi və əməkdaşları, Lənkəran Ağsaqqallar Şurasının nümayəndələri, həmçinin rayonun ali və orta ixtisas təhsili müəssisələrinin tələbə-gəncləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Azərbaycan dövlət müstəqilliyinin tarixi əhəmiyyətindən, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı şərəfli mübarizədən, dövlətçilik ənənələrinin bu gün uğurla davam etdirilməsindən danışıb. O, həmçinin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulayıb.

Daha sonra Lənkəran Ağsaqqallar Şurasının sədri Eldar Hüseynov, sədr müavini Güloğlan Bağırov, şura üzvləri Əlimərdan Əliyev, Ələkbər Əliyev, Fəxrəddin Caniyev və Səyavuş Süleymanlı çıxış edərək gənclərə dövlətçilik ənənələrinə sadiq qalmağın vacibliyini tövsiyə ediblər.

Tədbir gənclərlə diskussiya formatında davam edib, iştirakçıları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sonda tədbirdə fəallığı ilə seçilən bir qrup şəxs fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub. Həmçinin Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edilib.