YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Biləsuvar rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının “Heydər Əliyev prospekti, 333” ünvanı üzrə (“Yovşan” klinikası) yeni ərazi partiya təşkilatı təsis edilib.

Təsis iclasında çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyduğunu bildirib. Onun sözlərinə görə, bu gün Yeni Azərbaycan Partiyasının fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan YAP Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru inamla irəliləyir.

Sonra təşkilati məsələlərə baxılıb.

Xoşbəxt Ağayeva yekdilliklə yeni ərazi partiya təşkilatının sədri, Vüqar Baxşıyev sədr müavini seçilib.