Xəbərlər
"Müstəqil Azərbaycanı davamlı inkişafa aparan yol"

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “15 iyun - Müstəqil Azərbaycanı davamlı inkişafa aparan yol” mövzusunda dəyirmi masa keçirib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir rayon Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat muzeyinin Aran şöbəsinin müdiri Yaqut Əşrəfova, ərazi partiya təşkilatının sədri, Ərəbqubalı kənd tam orta məktəbinin direktoru Mais Bayramov, ərazi partiya təşkilatının sədr müavini, “Rayon Mərkəzi Xəstəxanası” Publik Şəxsin hüquqşünası Əliabbas Abdulxalıqov, partiya fəalı, “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin dərnək rəhbəri Röya İbişova 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirin əhəmiyyətindən danışıblar.
Qeyd olunub ki, 90-cı illərin əvvəllərində xaos, anarxiyanın baş verdiyi bir dövrdə xalq xilas yolunu Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasında gördü. Milli Qurtuluş Günü Azərbaycan üçün dönüş nöqtəsi oldu.
Sonda yubiley yaşında olan partiya veteranlarına fəxri fərman və hədiyyələr təqdim edilib.