YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qurtuluşdan Zəfərə”

15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatında “Qurtuluşdan Zəfərə” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Qurtuluşdan Zəfərə” adlı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin qurulması, inkişafı və möhkəmləndirilməsindəki müstəsna xidmətlərindən danışıb. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim fəxarət hissi ilə xatırlanır, əziz xatirəsi böyük məhəbbətlə, ehtiramla yad edilir.

Çıxış edən partiya veteranı Tahir Hacıyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin adı çəkiləndə bütün həyatını dövlətinin, xalqının işıqlı gələcəyinə həsr edən, ölkəsini hər zaman zirvələrdə görmək istəyən, ideyaları ilə gələcəyin aydın mənzərəsini təqdim edən şəxsiyyət göz önünə gəlir.

Çıxış edən partiya fəalı Tahir Məsimov bildirib ki, Azərbaycan xalqı öz milli qurtuluş mübarizəsini yad edərkən, ilk növbədə, bu tarixin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevi xatırlayır, dahi şəxsiyyətin ölməz ruhu qarşısında baş əyir. 1993-cü ilin iyununda müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu.

Gənc partiya fəalı Lamiyə Talverdiyeva çıxış edərək bildirib ki, Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunu o tarixdir ki, həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yarandı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. 

Sonda bir qrup partiya fəalına Fəxri Fərman və partiya sıralarına yeni qəbul olunmuşlara üzvlük vəsiqələri təqdim edilib.