YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı seçicilərlə görüşüb

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunda şəhid Elvin Qədirovun ailəsini ziyarət edib. Elvinin igidliklərlə dolu döyüş yolu xatırlanıb.

Daha sonra millət vəkili Mosul kəndində vətəndaşlarla görüş keçirib. Görüşdə Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd icra nümayəndəsi, bələdiyyə sədri və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Qəbuldan sonra millət vəkili Asif Əsgərov Mosul kəndində Azərbaycan Cüdo Federasiyası tərəfindən inşa edilən cüdo zalına baxış keçirilib.

Qeyd olunub ki, tikinti işləri Prezident İlham Əliyevin idmanın inkişafı ilə bağlı verdiyi tövsiyə və tapşırıqlara uyğun şəkildə, yüksək səviyyədə davam etdirilir. Müasir standartlara cavab verən bu idman qurğusunun istifadəyə verilməsi Mosul və ətraf kəndlərin gənclərinin idmana cəlbi, sağlam həyat tərzinin təşviqi və gələcək peşəkar idmançıların yetişdirilməsi baxımından əhəmiyyətli rol oynayacaq.