YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Tarixin dönüş nöqtəsi”

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar “Tarixin dönüş nöqtəsi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

YAP Quba rayon təşkilatının akt zalında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, 1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı və iyunun 15-də Azərbaycan Respublikasının Ali Sovetinin sədri vəzifəsinə seçilməsi ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcı olub. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrilib.

Təşkilat sədri çıxışında vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Vurğulanıb ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Ümummilli Liderin qurduğu dünyəvi Azərbaycan dövləti öz tarixinin yüksəlişlə müşayiət olunan ən qüdrətli dövrünü yaşayır.

Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Taryel İbrahimov çıxışında müstəqil dövlətimizin qurtuluş tarixindən, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından geniş danışaraq bildirib ki, 15 İyun - Milli Qurtuluş Günü xalqımızın və dövlətimizin həyatında ciddi dönüş yaradan, şanlı tariximizdə dərin iz buraxan əhəmiyyətli ictimai-siyasi hadisədir. O bildirib ki, müstəqilliyin ilk illərində respublikada hakimiyyəti ələ keçirmiş səriştəsiz və məsuliyyətsiz qrupların dağıdıcı fəaliyyətləri ölkəmizi siyasi böhrana gətirib çıxarmışdı: “Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndərin idarəçilik təcrübəsi, uzaqgörənliyi və güclü iradəsi sayəsində Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən xilas ola bildi, hüquqi dövlət quruculuğu prosesinin əsası qoyuldu”.

Qaraçay qəsəbə ərazi partiya təşkilatının sədri Bariz Allahverdiyev Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyin gücləndirilməsi istiqamətində böyük xilaskarlıq missiyasından danışıb. Qeyd olunub ki, məhz Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxararaq xalqımızın taleyində misilsiz xilaskarlıq missiyasını şərəflə yerinə yetirib. Ümummilli Liderin siyasi fəaliyyəti və həyat yolu Vətənə sədaqət nümunəsinə çevrilib.

Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən və 65 illik yubileyini qeyd edən Quba Rayon Statistika İdarəsinin rəisi Sahib Məmmədova və II Nügədi kənd ərazi partiya təşkilatının sədri Rasim Mikayılova fəxri fərmanlar və hədiyyələr verilib. Həmçinin, YAP sıralarına yeni qəbul olunmuş şəhid anası Qənirə Fətəliyeva və digər üzvlərə partiya vəsiqələri təqdim olunub.

Tədbirin sonunda Yeni Azərbayca Partiyasının Himni səsləndirilib.