YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağsuda Milli Qurtuluş Günü qeyd edilib

15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatı və Sağ sahil ərazi partiya rayon təşkilatının (Ağsu rayon Mərkəzi Xəstəxanası) birgə təşkilatçılığı ilə rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar film nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev, Ağsu rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Gülnarə Muxtarova, partiya veteranı Fazil Əzizov, ərazi partiya təşkilatının üzvü Dilarə Mirzəliyeva Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin qurulması, inkişafı və möhkəmləndirilməsindəki müstəsna xidmətlərindən bəhs ediblər. Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyətinin xalqımız tərəfindən daim fəxarət hissi ilə xatırlandığı, əziz xatirəsinin böyük ehtiramla yad edildiyi vurğulanıb.

Sonda partiya sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.