Xəbərlər
“Milli Qurtuluşdan başlanan müstəqillik, inkişaf və suverenlik yolu”

Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatı və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan başlanan müstəqillik, inkişaf və suverenlik yolu” adlı tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzülüb.
Rayon Mədəniyyət evində davam edən tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov və digərləri Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan və daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər.
Qeyd olunub ki, Ümummilli Lider ikinci dəfə hakimiyyətə qayıtmaqla Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi, Azərbaycanın bugünkü iqtisadi uğurlarının, iqtisadi rifahının bünövrəsi məhz o zaman qoyuldu, iqtisadiyyatımız böhrandan qurtularaq yüksəlişə qədəm qoydu, ordumuz silahlı dəstələrə bölünməkdən qurtularaq gücləndi, müzəffər orduya çevrildi. Müasir müstəqil Azərbaycanın möhkəm təməlləri məhz həmin tarixi günlərdə qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin ideyaları qətiyyətlə həyata keçirilir.
Tədbir bədii hissə ilə davam edib.