YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Möhtəşəm Zəfərdən Böyük Qayıdışa gedən yol”

Laçın şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Möhtəşəm Zəfərdən Böyük Qayıdışa gedən yol” mövzusunda tədbir keçirilib.

Laçın şəhər 2 nömrəli tam orta məktəbin akt zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 8 Noyabr - Şanlı Zəfər tariximizdən bəhs edən videoçarx nümayiş olunub.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyi və 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. O bildirib ki, 8 Noyabr xalqımızın milli qürur günü, tarixi ədalətin və beynəlxalq hüququn təntənəsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunduğu gün kimi tariximizə əbədi həkk olunub. İ.İlyasov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin böyük arzusu olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin uzaqgörən siyasəti, mükəmməl diplomatiyası, strateji düşüncəsi, xalqımızın əzmi və iradəsi, dövlətimizin iqtisadi qüdrəti, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi sayəsində gerçəkləşib.

Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov çıxışında Ulu Öndər Heydər Əliyevin xalqımız və milli dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərinin indiki və gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük nailiyyətlər qazanıb, şanlı Zəfərdən sonra başlanmış Böyük Qayıdış prosesi uğurla davam etdirilir, Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçələn şəhər və kəndləri öz sakinlərinə qovuşur.

Tədbirdə rayon ziyalısı, Sus kənd sakini Oqtay İsgəndərov, şəhid qızı Vüsalə Salmanzadə və qazi Taleh İsgəndərli çıxış edərək bildiriblər ki, 2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi qızıl hərflərlə yazılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, 30 illik işğala son qoyulub. 44 günlük Vətən müharibəsində qazanılmış bu Zəfər həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda təntənə ilə qeyd olunub.

Sonda Laçın şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.