YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının ərazi partiya təşkilatlarında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr - Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.

Peşə Məktəbi, Hacıməlik qəsəbə və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ərazi partiya təşkilatlarında “Qalib dövlət, qalib lider, qalib xalq” mövzusunda keçirilən tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi müstəqil Azərbaycanın inkişaf yolundan və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərin əhəmiyyətindən danışıb. O qeyd edib ki, xalqımız illərlə Ermənistanın işğalçılıq siyasəti və təxribatlarına məruz qalsa da, 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Ordumuzun rəşadəti nəticəsində 30 il işğal altında olan torpaqlarımız azad edildi və tarixi ədalət bərpa olundu.

Tədbirlərdə çıxış edən ərazi partiya təşkilat sədrləri Kəmalə Nəhmədova, Səbuhi Məmmədov, QƏQİB Göygöl rayon filialının sədri Araz Abbasov, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, YAP veteranı Qafar Məmmədov və digərləri bildiriblər ki, 2020-ci ildə qazanılan Qələbə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” proqramı uğurla icra olunur, şəhər və kəndlər yenidən qurulur, yeni yollar və infrastruktur layihələri həyata keçirilir, istehsal müəssisələri yaradılır, köçkünlərin doğma torpaqlarına qayıdışı mərhələlərlə təmin edilir.

Çıxışlarda şanlı Qələbənin Prezident-Ordu-Xalq birliyinin, milli həmrəyliyin və dövlətçiliyə sarsılmaz inamın nəticəsi olduğu qeyd olunub.

Tədbirlər çərçivəsində şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş film də nümayiş etdirilib.