YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şanlı Zəfər Salnaməmiz”

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı, Xətai Rayon İcra Hakimiyyəti və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Şanlı Zəfər Salnaməmiz” adlı tədbir keçirilib.

Öncə qonaqlar azyaşlıların 8 Noyabr - Zəfər Gününə həsr etdikləri əl işləri və rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev bildirib ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış bir gündür. O qeyd edib ki, xalqımız 44 günlük Vətən müharibəsində qazanılmış Qələbəni qürurla xatırlayır: “Bu Zəfər təkcə Azərbaycan Ordusunun gücünün deyil, həm də xalqımızın birliyinin və milli həmrəyliyinin təntənəsidir. Biz bu qələbəni şəhidlərimizin canı, qazilərimizin qəhrəmanlığı hesabına qazandıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı bu tarixi Qələbə xalqımızın əzmini, yenilməzliyini və torpaqlarımıza olan sonsuz sevgisini bir daha nümayiş etdirdi”.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov qeyd edib ki, 8 Noyabr - Zəfər Günü xalqımızın yenilməz ruhunun, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin bariz göstəricisidir.

Vətən Müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynov çıxışında döyüş xatirələrini bölüşərək şəhid silahdaşlarını ehtiramla anıb və bu zəfərin asanlıqla qazanılmadığını vurğulayıb.

Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov isə bildirib ki, şəhidlərin əziz xatirəsini yaşatmaq hər birimizin mənəvi borcudur.

Daha sonra  şeir müsabiqəsinin qalibləri elan olunub. 10-13 yaş qrupu üzrə keçirilən müsabiqədə 1-ci yerə Kamalova Əsmər Ayaz qızı, 2-ci yerə Quliyeva Rüqəyya Vüsal qızı, 3-cü yerə Eminli Zəhra Pərviz qızı, həvəsləndirici mükafata isə  Cəbrayılzadə İlhamə Vüsal qızı və Məmmədova Dəniz Vüqar qızı layiq görülüblər.

14-16 yaş qrupu üzrə keçirilən müsabiqədə isə 1-ci yerə Bağışova Nuray İlham qızı, 2-ci yerə Əliyeva Ayşə Roman qızı, 3-cü yerə Nəsibli Nəzrin Tahir qızı, həvəsləndirici mükafata isə Zeynolabidini Dəniz Səid qızı və Cəbrayılzadə Gülay Əhməd qızı layiq görülüblər. Qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Tədbirdə, həmçinin 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əminə Musayevaya yubileyi münasibətilə yubiley plaketi və hədiyyə təqdim olunub.

Mükafatlandırma mərasimindən sonra mərkəzin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda şeirlər, mahnılar və rəqslərdən ibarət bədii proqram təqdim olunub.