YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün”

Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 56 illiyi ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Kürdəmir Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Daşqın Rüstəmov, YAP Kürdəmir rayon təşkilatı aparatının məsləhətçisi Nurlan Şəfiyev, Kürdəmir “Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Ağarəhimov, rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Gülsüm Qənbərova , Kürdəmir rayon Mərkəzi Kitabxanalar Sisteminin əməkdaşı Məhinə Şirəliyeva Heydər Əliyevin siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yanaşdığını, hər zaman milli dəyərlərə bağlı olduğunu deyib. Ulu Öndər Heydər Əliyevin ölkəmizdə birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu il 14 iyul tarixinin əhəmiyyətindən danışan natiqlər bu tarixin Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixi olduğunu qeyd ediblər. Çıxışlarda Ümummilli Liderin fəaliyyəti nəticəsində respublikamızda geniş vüsət alan hərtərəfli inkişafdan ətraflı danışılıb.