YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümü ilə bağlı tədbir təşkil olunub. Tədbir çərçivəsində “Feyzulla Qasımzadə 65” ünvanı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Respublika Qan Bankı” PHŞ) üzrə yeni ərazi partiya təşkilatının təsis iclası da keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət Himni səsləndirilib.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Respublika Qan Bankı” PHŞ-in icraçı direktoru Elxan Nağıyev qeyd ediblər ki, 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gələrək Azərbaycanı ağır vəziyyətdən, böhrandan çıxardı. Ümummilli Lider Heydər Əliyevin gəlişi ilə Azərbaycan cəmiyyət həyatının bütün sahələrində tərəqqi və inkişaf dövrünə qədəm qoydu.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Respublika Qan Bankı” PHŞ-in icraçı direktoru Elxan Nağıyev yeni yaradılan ərazi partiya təşkilatının sədri, Donor qanı və onun komponentlərinin təhlükəsizliyinin təmin edilməsi şöbəsinin müdiri Növrəstə Hacılı isə sədr müavini seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.