YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarda Heydər Əliyevin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının və Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümü ilə bağlı tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, partiya veteranı Qorxmaz Muradov və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva Ümummilli Lider Heydər Əliyevin öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaratdığını deyiblər.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün birinci mərhələsinin xalqın yaddaşında respublikamızda iqtisadi yüksəliş, quruculuq, abadlaşma, yeni yaşayış məskənlərinin salınması, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və məişət mədəniyyətinin yüksəldilməsi dövrü kimi qaldığı qeyd olunub.

Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.