YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatalada şəhid ailələri ilə görüşüb

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatalada şəhid ailələri ilə ehsan süfrəsində görüşüb.

Tədbirdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub.

Çıxışında millət vəkili qeyd edib ki, Vətən torpaqlarının hər qarışı qəhrəmanlarımızın canı-qanı bahasına azad olunub: “Şəhidlik zirvəsi Vətən qarşısında ən uca məqamdır. Onların fədakarlığı sayəsində biz azad və suveren bir dövlətdə yaşayırıq”.

Görüşdə şəhid ailələrinin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.