YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatında tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının “Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi 24” ünvanı üzrə ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov Ümummilli Lider Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsindən, partiyanın keçdiyi çətin və şərəfli mübarizə yolundan bəhs edib.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf siyasəti Prezident, YAP Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirib.

Daha sonra çıxış edən Sabunçu Tibb Mərkəzi Publik Hüquqi Şəxs və 2 nömrəli Doğum Evinin rəhbəri Səadət Şamilova, partiya üzvləri Xatirə Mirzəyeva və Nisə Qurbanova bildiriblər ki, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsinin mövcud olduğu bir dövrdə Yeni Azərbaycan Partiyasının yaranması dövlətçilik tariximizin dönüş nöqtələrindən biri oldu. Natiqlər bu gün Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin şərəfli Zəfər tarixinin yeni parlaq səhifələrinin yazıldığını vurğulayıblar.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Səadət Şamilova ərazi partiya təşkilatının sədri, Elyura Məmmədova isə sədr müavini seçilib.