Xəbərlər
Kürdəmirdə partiya veteranları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatında bir qrup partiya veteranının - Mirzaliyev Şərbala Mirzalı oğlunun və Zahidov Zülfi Ərəstun oğlunun 70 illik yubileyləri münasibətilə görüş keçirilib.
YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarları doğum günü münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb.
O qeyd edib ki, Kürdəmir rayonunda fəaliyyəti ilə seçilən partiya üzvləri Ümummilli Lider Heydər Əliyevin ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə fərqləniblər.
Göstərilən diqqətə, qayğıya və ünvanına söylənilən xoş sözlərə görə təşəkkürünü bildirən partiya üzvləri Heydər Əliyev ideyalarına daim sadiq olduğunu diqqətə çatdırıblar.