YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan sülh, əməkdaşlıq və dayanıqlı inkişaf naminə əməkdaşlığa hazırdır

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycan Prezident cənab İlham Əliyev 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Azərbaycanın son illərdəki mühüm nailiyyətlərini, regional və qlobal proseslərdə tutduğu mövqeyi, həmçinin beynəlxalq ictimaiyyətə ünvanladığı çağırışları əhatəli şəkildə təqdim etdi. Çıxışda əsas vurğular Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı bərpa və quruculuq işləri, sülh təşəbbüsləri, beynəlxalq hüququn aliliyi, iqtisadi inkişaf, iqlim dəyişikliklərinə qarşı tədbirlər və regional əməkdaşlıq məsələləri oldu.

Prezident çıxışına Azərbaycanın üzləşdiyi 30 illik işğal dövrünün yaratdığı ağır nəticələrlə başladı. Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunmuş, bir milyona yaxın insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. İşğal dövründə 900-dən çox şəhər və kənd yerlə-yeksan olunmuş, 65 məscid və yüzlərlə tarixi-mədəni abidə dağıdılmışdır. Prezident bildirdi ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq – yəni özünümüdafiə hüququndan istifadə edərək ərazi bütövlüyünü bərpa edib. O, beynəlxalq hüququn seçməli şəkildə deyil, bərabər və ədalətli şəkildə tətbiq olunmasının vacibliyini vurğuladı.

Azərbaycan 2020-ci ildə işğal altında olan torpaqlarını azad etdikdən sonra bərpa və yenidənqurma prosesinə başlayıb. Prezident qeyd etdi ki, “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 50 minə yaxın insan öz doğma yurduna qayıdıb. Bu bölgələrdə müasir şəhərsalma prinsiplərinə əsaslanan layihələr icra olunur, ağıllı şəhər və kəndlər, enerji səmərəli tikililər, məktəblər, xəstəxanalar, infrastruktur obyektləri tikilir. Lakin Ermənistan tərəfindən qalan minalar bu prosesə ciddi təhlükə yaradır  son illərdə minaya düşərək həlak olanların sayı yüzlərlədir. Prezident beynəlxalq ictimaiyyəti mina təmizlənməsi sahəsində daha çox dəstək göstərməyə çağırdı.

Cənab Prezident iqtisadiyyatın inkişafından da bəhs etdi. O qeyd etdi ki, Azərbaycan iqtisadiyyatı neftdən asılılığı azaltmaq istiqamətində mühüm addımlar atır. Bu gün ölkədə işsizlik və yoxsulluq tarixi minimum səviyyəyə  təqribən 5 faizə endirilib. Xarici borc ÜDM-in cəmi 6,5 faizini təşkil edir və valyuta ehtiyatları xarici borcu 10 dəfədən çox üstələyir. İslahatlar şəffaflıq, investisiya mühiti və mülkiyyət hüquqlarının qorunması istiqamətində davam edir.

Çıxışının sonunda Prezident İlham Əliyev beynəlxalq ictimaiyyəti ədalətə, beynəlxalq hüququn aliliyinə və ikili standartlardan imtina etməyə çağırdı. O vurğuladı ki, BMT kimi qlobal təşkilatlar bu prinsipləri qorumalı və tətbiq etməlidir. Azərbaycan, öz növbəsində, sülh, əməkdaşlıq və dayanıqlı inkişaf naminə beynəlxalq platformalarda fəal iştirak etməyə və töhfə verməyə hazırdır.