YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gədəbəy rayon təşkilatında bir qrup partiya veteranı ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının ictimai-siyasi həyatında uzun illər fəallıq göstərmiş bir qrup partiya veteranlarının yubileyləri münasibətilə görüş keçirilib.

Tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev yubilyarları doğum günü münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb. O bildirib ki, partiyanın bugünkü uğurlarında təşkilati işlərə məsuliyyətlə yanaşan veteran üzvlərinin də əvəzsiz xidmətləri var.

Partiya veteranları onlara göstərilən diqqət və ünvanlarına deyilən xoş sözlərə görə öz dərin minnətdarlıqlarını bildirib, bundan sonra da partiyanın fəaliyyətində daha yüksək məsuliyyətlə çalışacaqlarını vurğulayıblar.

Sonda yubilyarlara partiyanın fəaliyyətində fəal iştiraklarına görə fəxri fərman təqdim olunub.