Xəbərlər
Kəngərli rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
İyunun 12-də Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
YAP Kəngərli rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva, Kəngərli rayon İcra Hakimiyyəti başçısı Kamal Ələkbərov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xəzəngül Orucova və partiya fəalı Mahir Qurbanov çıxış ediblər. Çıxışlarda, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoyduğu bildirilib. Qeyd olunub ki, bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaradıb. Vurğulanıb ki, bu gün ölkəmizin regionun lider dövlətinə çevrilməsinin əsası Ümummilli Lider Heydər Əliyevin yaratdığı siyasətin təzahürüdür və qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələri təqdim olunub, yubiley yaşında olan partiyanın Kəngərli rayon təşkilatının ərazi partiya təşkilat sədrləri və veteranları təltif edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.