Xəbərlər
Saatlıda Milli Qurtuluş Günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “15 İyun - Milli Qurtuluş Günü” ilə bağlı tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, partiya veteranları Lütvəli Şıxəliyev və “Azərbaycan Fermeri” qəzetinin baş redaktoru Nuhəli Kərimov, Saatlı rayonu üzrə Mərkəzləşdirilmiş Kitabxana sisteminin baş kitabxanaçısı Gülnarə Fərəcova milli qurtuluş ideologiyasının təntənəsinin müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verdiyini, dünyada Azərbaycanın nüfuzunun daha da artdığını deyiblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Ümumilikdə, Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, müasir Azərbaycanın inkişafı üçün mühüm bir təməl yaratdı.
Tədbirin sonunda partiya sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.